featured-image-19519

“Turan Tovuz”un Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk rəqibi bəlli olub.

Msport.az saytının məlumatına görə, qərb təmsilçisi Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşacaq. Yanvarın 9-da oynanılacaq matçın başlama saatı bəlli deyil.

Qeyd edək ki, “Turan Tovuz” yanvarın 7-dən 18-dək qardaş ölkədə hazırlıq keçəcək. Toplanış müddətində 3 yoxlama oyununda qüvvəsini sınayacaq Tovuz klubunun digər 2 rəqibi hələlik bəlli deyil.

Bənzər xəbərlər