featured-image-25650

“Turan Tovuz”la müqavilə bağlayacaq Roderik Miller Bakıya gəlib.

Msport.az xəbər verir ki, 30 yaşlı futbolçu sabah tibbi müayinədən keçəcək. Hər şey uğurlu olarsa onunla 1,5 illik müqavilə imzalanacaq.

Panama millisinin sabiq üzvü Tovuz komandasına azad agent kimi keçir.

Miller əvvəllər Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Fayrense”, Qazaxıstanın”Okjetpes”, Panamanın “San Fransisko” və İraqın “Əl Mina” klublarının formasını geyinib.
Miller mərkəz müdafiəçisi mövqeyində oynayır.

Qeyd edək ki, Millerin”Turan Tovuz” keçəcəyi haqda ilk xəbəri matc.az saytı yayıb.

AYXAN

Bənzər xəbərlər