Türkiyə millisinin iki üzvü zəlzələnin qurbanı oldu
Voleybol üzrə Türkiyə milli komandasının iki üzvü zəlzələ nəticəsində dünyasını dəyişib.
Msport.az xəbər verir ki, kişilərdən ibarət yığmada forma geyinən Mehmet Can Ağırbaş və Emincan Kocabaş dağıntılar altında qalaraq vəfat edib.
Kocabaş və Ağırbaş “Malatya Böyükşəhər Bələdiyəspor”un formasını geyinib.
Xatırladaq ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində ən son məlumatlara görə, 5894 nəfər dünyasını dəyişib, 34810 nəfər yaralanıb. Dünyasını dəyişənlər arasında futbolçular da daxil olmaqla xeyli idmançı da var.