Türkiyəli azarkeşlər Qurban Qurbanovun fikrini dəstəklədi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Qalatasaray”la yoldaşlıq oyunundan sonra Azərbaycan və Türkiyə çempionatlarının birləşməsi məsələsi ilə bağlı fikirləri qardaş ölkədə geniş müzakirələrə səbəb olub.
Msport.az xəbər verir ki, yerli azarkeşlər sosial şəbəkələrdə 51 yaşlı mütəxəssisin təklifini dəstəkləyiblər.
İdeyanı müsbət qarşılayan fanatlar bunun hər iki tərəf üçün uğurlu olacaqlarına inandıqlarını bildiriblər.
Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
CAHİD







