Türkiyəli basketbolçudan rekord
Alperen Şengün ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) bir matçda ən çox xal əldə edən türkiyəli oyunçu kimi tarixə düşüb.
Msport.az xəbər verir ki, 21 yaşlı idmançı buna “San-Antonio”nu 114:101 hesabı ilə məğlub etdikləri matçda nail olub.
O, bu qarşılaşmada 45 xal, 16 ribaund və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Alperen Şengün sabiq basketbolçu Mehmet Okurun (43 xal) rekordunu qırıb.