featured-image-20119

Azərbaycan Basketbol Liqasında 12-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, turun son matçı Astara Olimpiya İdman Kompleksində keçirilib.

“Zirvə Astara” doğma azarkeşlər önündə “Olimpik Şəki”ni qəbul edib. Oyun meydan sahiblərinin 85:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Ruşard Kruikşenk (30 xal, 9 ribaund), “Olimpik Şəki”dən isə Ceyson Brauer (23 xal, 6 ribaund) olublar.

Daha öncə “Sərhədçi” “AAAF Xırdalan”a (78:75), NTD “Sabah”a (79:75), “Neftçi” isə “Gəncə”yə (81:78) qalib gəlmişdi.

12 turdan sonra NTD 21 xalla vahid liderdir. “Sərhədçi”, “Sabah” və “Gəncə”nin 20 xalı var. “AAAF Xırdalan” 19, “Neftçi” 16, “Zirvə Astara” ilə “Olimpik Şəki” 14 xal toplayıb.

ABL-də 13-cü turun oyunları 11, 14 və 15 yanvarda baş tutacaq.

Bənzər xəbərlər