UEFA Konfrans Liqası: "Neftçi" üçün 5 potensial rəqib - YENİLƏNİR
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq. Msport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə “Sabah” “Neftçi” və “Qəbələ”nin də rəqibləri məlum olacaq.
Püşk zamanı “Neftçi” səpənlənmişlər, “Sabah” və “Qəbələ” isə səpələnməmişlər sırasında yer alacaq.
“Ağ-qaralar”ın potensial rəqiblərinin sayı azalıb. “Neftçi” üç komanda və iki cütdən birinə rəqib olacaq.
Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk duelini Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya “MOİK 1948”ə (Bolqarıstan) qarşı keçirəcək.
II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər:
I təsnifat mərhələsindən gələcək 14 cütün qalibi
“Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), “Midtüllan” (Danimarka), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya). “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), MOİK (Bolqarıstan), “Tvente” (Niderland), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya). “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Hibernian” (Şotlandiya), “Aris” (Saloniki, Yunanıstan), “Austriya” (Avstriya).
Səpələnməmişlər:
I təsnifat mərhələsindən gələcək 17 cütün qalibi
“Petrokub” (Moldova), “Drita” (Kosovo), Voyvodina” (Serbiya), “Adana Demirspor” (Türkiyə), “Lütsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Levski” (Bolqarıstan), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “MOİK 1948” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus).







