UEFA "Neftçi" ilə oyundan öncə "Beşiktaş"ı cəzalandıracaq
UEFA “Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan “Beşiktaş”ı cəzalandıracaq.
Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, buna İstanbul klubunun azarkeşlərinin Albaniyada “Tirana”ya qarşı keçirilmiş II raundun cavab oyunundakı davranışları səbəb olub.
Fanatlar sözügedən matçdan öncə meydançaya yad əşyalar atıblar. Bundan sonra hakim komandaları paltardəyişmə otağına göndərib. Nəticədə görüş bir neçə dəqiqə gec başlayıb.
İnsidenti araşdıran UEFA-nın “Beşiktaş”a pul cəriməsi verəcəyi, həmin azarkeşləri isə diskvalifikasiya edəcəyi gözlənilir.
Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” arasında ilk oyun avqustun 7-dı Bakıda, cavab matçı isə bir həftə sonra İstanbulda olacaq.







