"Ümid edirəm ki, tribunada azarkeşləri də görəcəyik" - Millimizin baş məşqçis
Qadınlardan ibarət Azərbaycan millisi sabah dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, yığmamız Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda Macarıstan komandasını qəbul edəcək.
Millinin baş məşqçisi Siyasət Əsgərov oyunla bağlı fikirlərini bölüşüb:
“Bizim üçün Sumqayıtda oynamaq şərəfdir. Ümid edirəm ki, tribunada azarkeşləri də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi bu matçda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik”.
Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu saat 18:00-da start götürəcək.







