Uqandada gümüş medal
Uqandanın paytaxtı Kampalada badminton üzrə “Future” seriyalı “Kampala İnternational 2024” beynəlxalq turnir keçirilib.
Msport.az xəbər verir ki, yarışda Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha gümüş medal qazanıb.
Mübarizəyə 1/16 finaldan başlayan Aqil-Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına kimi irəliləyib. Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria-Lim Xuan qoşasına hər iki setdə (18-21,17-21) badmintonçularımız beynəlxalq turnirdə gümüş medal qazanıb.