featured-image-36095

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya və Avropa reytinqində irəliləyib.

Msport.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, buna yığmanın qitə çempionatında reytinqdə özündən irəlidə olan kollektivlərə qalib gəlməsi səbəb olub.

Milli dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, Avropa reytinqində isə 3 pillə irəliləyərək 23-cü pillədən 20-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatında yer aldığı C qrupunu 5 xalla 5-ci pillədə başa vuran Azərbaycan millisi 1/8 finala yüksələ bilməyib.

Bənzər xəbərlər