Voleybol millimizdə daha bir türkiyəli məşqçi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin köməkçisi bəlli olub.
Msport.az xəbər verir ki, bu vəzifədə Gençer Yarkın çalışacaq. O, fiziki hazırlıq üzrə məşqçi olacaq.
Qeyd edək ki, Ataman Güneyligil Azərbaycan yığmasına mayın 15-də təyin olunub. 39 yaşlı Gençer Yarkın isə əvvəllər Türkiyənin “Qalatasaray” klubunda eyni vəzifəni icra edib.