featured-image-46586

Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, günün yeganə matçında “Cəlilabad” “NTD-İndiqo”nu qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 108:87

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran Xaçmaz klubu ikinci sıradakı “Xəzri”yə çatıb. “Cəlilabad” 21 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, turun “Şəki” – “Gəncə” matçı aprelin 14-də baş tutacaq. Daha əvvəl “Sərhədçi” “Xəzri”ni (98:70), “Xırdalan” “Neftçi”ni (114:109), “Sabah” “Sumqayıt”ı (93:73) məğlub edib.

Bənzər xəbərlər