“Xırdalan”dan çətin qələbə
Azərbaycan Basketbol Liqasında 17-ci turun oyunları davam edir. Msport.az turun ikinci günündə bir görüş keçirilib. “Sərhədçi” Olimpiya İdman Mərkəzində “Neftçi” və “Xırdalan” komandaları üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən matç “Xırdalan”ın qələbəsi ilə yekunlaşıb – 114:109. 45 xal yığan və 10 assist verən Kirk Teyvion oyunun ən yaxşısı olub.
“Xəzri” 30 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Sabah”ın 29 xalı var. “NTD İndiqo” 28 xalla 3-cü pillədədir.
Turun digər qarşılaşmaları növbəti günlərdə keçiriləcək.
12 aprel
19.30. “Sumqayıt” – “Sabah” (Sumqayıt Olimpiya Kompleski)
13 aprel
14:00. “Cəlilabad” – “NTD İndiqo” (Cəlilabad Olimpiya İdman Kompleksi)
14 aprel
14:00. “Şəki” – “Gəncə” (Şəki Olimpiya İdman Kompleksi)
Turun ilk oyununda “Sərhədçi” “Xəzri”ni 98:70 hesabı ilə məğlub edib.