featured-image-47418

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib. Msport.az xəbər verir ki, 1\4 final mərhələsinin ilk oyununda “Xırdalan” və “Neftçi” komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən görüşdə “Xırdalan” 80:75 hesabı ilə qalib gəlib. Qalib komandanın heyətində Xavyer Brüyer 18 xal toplayıb.

1\4 final mərhələsinin daha bir matçı sabah olacaq. Saaat 19:30-da “Xəzri” – “Sərhədçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” və “NTD-İndiqo” birbaşa yarımfinala yüksəliblər. “Sabah” yarımfinalda “Xırdalan” – “Neftçi” cütünün qalibi ilə qarşılaşacaq. “NTD-İndiqo”nu isə finala gedən yolda “Xəzri” – “Sərhədçi”duelində qələbə qazanan tərəflə görüşəcək.

Bənzər xəbərlər