featured-image-18970

Mərakeş milli komandasının müdafiəçisi Əşrəf Hakimi dünya çempionatının Xorvatiya ilə 3-cü yer uğurunda oyunundan (1:2) sonra FİFA prezidenti Canni İnfantinonu təhiqir edib.

Msport.az Sport1-ə istinadən xəbər verir ki, final matçından sonra mərakeşli futbolçular oyunun baş hakiminə etirazlarını bildiriblər.

PSJ-də çıxış edən Hakimi isə stadionun dəhlizində İnfantinoya yaxınlaşaraq ona bildirib ki, hakimlər Mərakeşin medal qazanmasını istəmirlər. Bu zaman FİFA prezidentini təhqir edən futbolçu həm Xorvatiya, həm də yarımfinalda Fransa ilə oyunların hakim təyinatlarının da doğru olmadığını bildirib.

Mübahisədən sonra Hakimini paltardəyişmə otağına yola salıblar. Qeyd edək ki, İnfantino müfafiəçinin çıxışına və təhqirinə çox sakit reksiya verib.

Bənzər xəbərlər