featured-image-18653

Xorvatiya millisinin lideri Luka Modriç dünya çempionatının yarımfinalında rəqibləri olacaq Argentina yığması haqqında fikirlərini bildirib. Msport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, kapitan öz komandalarının şanslarını da dəyərləndirib:

“Argentina top-komandadır. Biz turnirdə ən yaxşı oyunumuzu keçirməyə çalışacağıq. Həyatımızın ən yaxşı matçını. Ümid edirəm ki, finala vəsiqə qazanmaq üçün bu kifayət edər.

Dünya çempionatına getməmişdən əvvəl biz “Real”ın paltardəyişmə otağında danışanda dedim ki, “Xorvatiyadan özünüzü  gözləyin”. Bizim komandanın təcrübəsi var, gənc oyunçular isə ona ustalıq və enerji gətiriblər.

Yenidən yarımfinala çıxmağımız bizi sevindirir. Bizim komanda inanılmaz işlər görür. İnanırdım ki, buna qadirik. Sevindiricidir ki, dörd ildən sonra yenidən yarımfinalda çıxış edəcəyik”.

Xorvatiya və Argentina komandaları dekabrın 13-də üz-üzə gələcəklər.

Bənzər xəbərlər