featured-image-25246

“Konyaspor”da çıxış edən millimizin hücumçusu Mahir Emreli “Qalatasaray”la Türkiyə Super Liqasının 26-cı turunun oyunundan əvvəl media nümayəndələrinin qarşısına çıxıb.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu qardaş ölkədə adaptasiya müddətinə ehtiyacı olmadığını deyib:

“Buradakı isti münasibəti və atmosferi hiss etdim. Yad ölkə olmadığı üçün adaptasiya dönəmi keçmədim. İnsanlarla o dəqiqə qaynayıb-qarışdım. Əsl mövqeyim hücumçu olsa da, məşqçinin düşüncəsi önəmlidir. Mənə hansı mövqedə şans versələr, komandanın xeyri üçün orada əlimdən gələni edəcəm”.

AYXAN 

Bənzər xəbərlər