Yada düşər fotolar: Qurban Qurbanov "Neftçi"nin kapitanı kimi "Şəmkir"ə qarşı
11 avqust 2004-cü il. İndi “Napoli”də “at oynadan” Xviça Kvaratsxeliyanın atası Badri hələ karyerasını davam etdirir, amma əvvəlki formada deyil və “Şəmkir”də əsas heyətə düşmür. Qurban Qurbanov “Fakel”, “Volqar Qazprom”dan qayıdıb, “Neftçi”də kapitan sarğısını daşıyır.
13-cü Azərbaycan çempionatının açılış oyunu – “Neftçi” Tofiq Bəhramov adına stadionda “Şəmkir”i qəbul edir. Komandaların kapitanları – Qurban Qurbanovla Xaliq Mərdanov Azərbaycan bayrağını yüksəyə qaldırırlar. Onda Qurbanovun 32, Mərdanovun isə 33 yaşı var idi.
Myedan sahibləri açılış matçında 1:0 hesabı ilə qələbə qazanıblar. Mahmud Qurbanov matçın sonlarında (89-c dəqiqə) “ağ-qaralar”a qələbə qazandıran qolu vurub.
ELNUR MƏMMƏDLİ







