featured-image-20207

“Neftçi”nin qapıçısı İvan Brkiç klubun televiziyasına açıqlama verib.

Msport.az xəbər verir ki, Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı qapıçı mövsümün ikinci yarısı üçün ümidli danışıb.

28 yaşlı qolkiper azarkeş dəstəyinin də onlar üçün vacib olduğunu vurğulayıb: “Ümid edirəm ki, mövsümün ikinci yarısında azarkeşləri sevindirəcəyik. Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladır. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların komandamızı tribunadan dəstəkləməkləri çox xoşumuza gəlir”.

Xatırladaq ki, “Neftçi” toplanış çərçivəsində ilk yoxlama görüşünü bu gün Macarıstan təmsilçisi “Vaşaş”a qarşı keçirəcək. Antalyadakı qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bənzər xəbərlər