featured-image-78694

“Qarabağ”ın futbolçusu Marko Yankoviç klubakı gələcək taleyi ilə bağlı danışıb.

 

Msport.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ölkəsinin “Vijesti.me” portalına açıqlamasında Ağdam klubu ilə 1 illik müqaviləsinin qaldığını deyib:

“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirəcəm. Sonra istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.

Qeyd edək ki, 2022-ci ildən “Qarabağ”da çıxış edən 30 yaşlı futbolçunun klubla 2027-ci ilin iyununa qədər müqqaviləsi var.

Bənzər xəbərlər