featured-image-26674

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib.

Msport.az xəbər verir ki, qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək.

Bir gün sonra isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tutacaq.

Yüksək Liqa (qadınlar)
Yarımfinal (2-ci oyun)

5 aprel
16:00. “Murov” – “Abşeron” (CBC sport-canlı)
18:00. UNEC – “Azərreyl”

Yüksək Liqa (kişilər)
Yarımfinal (2-ci oyun)

6 aprel
16:00. “Neftçi” – “Xarı bülbül”
18:00. MOİK – “Murov”

Yarımfinalda 1-ci oyunların nəticələri
Yüksək Liqa (qadınlar)
“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” – UNEC 3:0 (25:07, 25:14, 25:17)
Yüksək Liqa (kişilər)
“Murov” – MOİK 3:0 (25:20, 25:18, 25:14)
“Xarı bülbül” – “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19)

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.

Bənzər xəbərlər