Yeni ilin ilk oyununda “Murov” qalib gəldi
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2023-cü ilin ilk oyunu keçirilib.
Msport.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə MOİK və “Murov” komandaları üz-üzə gəliblər.
2-ci tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:15 hesablı üstünlüklə bitirən Fərid Cəlalovun yetirmələri ikinci hissəni 14 top fərqi ilə qazanıblar. “Murov” üçüncü setdə isə 25:17 hesabı ilə qalib gələrək rəqibini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, bu oyundan sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Murov” turnir cədvəlində ilk pilləyə yüksəlib. 3 xalla “Xarı bülbül” turnir cədvəlində 2-ci, xal qazanmayan “Neftçi” və MOİK komandaları isə 3-cü və 4-cü pillələri tuturlar.
Yüksək Liqa
2-ci tur
12 yanvar
MOİK – Murov 0:3 (15:25, 11:25, 17:25)