featured-image-50738

Bu gün Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət yığmaları Avropa çempionatında növbəti oyunlarına çıxacaqlar.

Msport.az xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar üçüncü matçında Kiprlə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Komandamız qrupda daha əvvəl Ermənistan və Gürcüstan seçmələrinə qalib gələrək yarımfinala vəsiqə təmin edib.

Oğlanlardan ibarət komanda isə A qrupunda Malta ilə qarşılaşacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 16:30-da səslənəcək. Tahir Baxşıyevin yetirmələri daha əvvəl ev sahibi Albaniyaya məğlub olub, Moldovaya isə qalib gəlib.

Bənzər xəbərlər