featured-image-41551

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Litvanın Şaulyay şəhərində start götürəcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununu keçirəcək.

Msport.az xəbər verir ki, U-20 yığması Estoniya ilə görüşəcək.

Matç Bakı vaxtı ilə saat 14:00-da olacaq.

Milli növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də üz-üzə gələcək.

Qeyd edək ki, yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bənzər xəbərlər