featured-image-43461

Çimərlik voleybolu üzrə 18 yaşadək qızlar arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan yığması yarışa hazırlığı Misirdə davam etdirəcək.

Azərbaycan Voleybol Federasiyasından Msport.az verilən məlumata görə, bu məqsədlə komanda bu gün Şarm əl Şeyx şəhərinə yola düşüb.

Çimərlik voleybolçuları burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcəklər. U-18 bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.

Təlim-məşqlərə 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.

Qeyd edək ki, AVRO-2024 bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.

Bənzər xəbərlər