Yığmamız Polşa və Estoniyaya “quru hesab”la uduzdu
Voleybol üzrə Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizəyə başlayıb.
Msport.az xəbər verir ki, Azərbaycan yığması da turnirdə iki oyununu keçirib.
Voleybolçularımız əvvəlcə Polşa, ardınca Estoniya kollektivi ilə qarşılaşıb və hər iki matçda 0:3 hesabı ilə uduzub.
Millimiz qarşıdakı üç gündə, müvafiq olaraq, Latviya, Gürcüstan və Ukrayna ilə gücünü yoxlayacaq.
AÇ-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.