featured-image-55988

“Meydana sonradan daxil olsam da, komandaya qol vurmaqla kömək edə bildiyim üçün çox şadam”.

Msport.az xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu David Duriş Azərbaycanla oyundan sonra deyib.

Millətlər Liqasının görüşündə qol sevinci yaşayan slovakiyalı ideal ötürmə üçün komanda yoldaşına təşəkkür edib: “Qol vurmağım üçün möhtəşəm imkan yaradan Luba Tuptaya təşəkkür edirəm. Onun üçün də çox sevinirəm. Yalnız hər qarşıdakı matçı düşünürük. Hər rəqibə mümkün qədər yaxşı hazırlaşırıq. Bu tərzdə də davam edəcəyik”.

Qeyd edək ki, Duriş 3:1 hesablı qələbə qazandıqları görüşdə sonuncu qolun müəllifi olub.

Bənzər xəbərlər