featured-image-45524

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib.

Msport.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb.

Azərbaycan (U-16) – “Rustavi” 78:55
Azərbaycan (U-16) – “Pachulia Academy” 68:61

Qeyd edək ki, yığma martın 25-də təlim-məşq toplanışını yekunlaşdıraraq Vətənə qayıdacaq.

Bənzər xəbərlər