featured-image-24923

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib.

Msport.az xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, yarış 25-30 aprel aralığında Bolqarıstanın Varna şəhərində keçiriləcək.

A qrupu: Malta, Andorra, Hindistan

B qrupu: Kipr, Moldova, Avstraliya

C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala

D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya

Bənzər xəbərlər