featured-image-21903

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin başlayacağı tarix bəlli olub.

Msport.az xəbər verir ki, 4-cü tur fevralın 2-də keçiriləcək.

Əvvəlcə meydana “Neftçi” və “Murov” komandaları çıxacaqlar. Bu qarşılaşma saat 16:00-da başlayacaq.

Günün növbəti matçı MOİK ilə “Xarı bülbül” klubları arasında olacaq. Bu duelə isə saat 18:00-da start veriləcək.

Görüşlər Voleybol Mərkəzində baş tutacaq.

Bənzər xəbərlər