featured-image-21196

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Msport.az xəbər verir ki, birinci dövrənin son oyunları yanvarın 24-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Çempionatın ilk derbisi saat 12:00-da başlanacaq.

3-cü tura UNEC – “Abşeron” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Bənzər xəbərlər