Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşdi
Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Msport.az xəbər verir ki, qadınlar arasında Yüksək Liqada 2-ci dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək
5-ci turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.
Fevralın 7-də kişilər arasında Yüksək Liqada 5-ci turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” – “Neftçi” qarşılaşması keçiriləcək.
Görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.