featured-image-19665

“Son iki oyunda məğlub olmağı heç kim arzulamazdı. Çünki qələbə qazanmaq hamımız üçün çox vacibdir və komanda adına mübarizə aparırıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Gəncə” basketbol klubunun üzvü Ceylon Perri komandasının çempionatda “Xırdalan” və “Sabah”a ardıcıl yenilgiləri barədə danışarkən belə deyib.

Amerikalı legioner əlavə edib ki, uduzmaqları kollektivə pis təsir bağışlayıb. Amma vəziyyətdən çıxmaq mümkündür: “Bir-birimizə güvənməliyik. Meydanda düzgün şeylər etməliyik ki, hər şey son nəticədə yaxşı olsun. Bunun üçün ilk növbədə hazırlığımız istənilən səviyyədə olmalıdır”.

Ceylon Perri məğlubiyyətlərdən dərs çıxardıqlarını da bildirib: “Düşünürəm ki, baş verənlərdən kollektiv olaraq nəticə çıxarmağı bacardıq. Yaxşı müdafiə olunmağın vacibliyini dərk elədik və komanda oyunu oynamağın vacibliyini də öyrənmiş olduq. Yaxşı komandayıq. Mütləq bir nəticə olacaq”.

Basketbolçu öz oyunu barədə də danışıb: “Şəxsən özüm haqqında onu deyə bilərəm ki, daha yaxşı çıxış edə bilərəm. Oyun zamanı düzgün qərarlar verməliyəm və əminəm ki, mənim vaxtım hələ irəlidədi. Toparlanmalı və oyunlara köklənməliyik. Qarşıda çoxlu matçlar var. Hər oyun vacibdir. Zamanla daha güclü olacağıq. Hər bir rəqib ən güclü zərbəsini endirməyə çalışacaq. Zərbələri qəbul etməyə hazır olmalıyıq və cavabında daha ağır zərbəni biz endirməliyik”.

Bənzər xəbərlər