featured-image-27618

AZAL futbol klubunun sabiq prezidenti Zaur Axundov idmana qayıdıb.

Msport.az xəbər verir ki, o, Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin yeni üzvü seçilib. Onunla yanaşı İdarə Heyətində Elçin Ağakişiyev, İlqar Nuriyev, Elqar Bağırov və Günay Salamova təmsil olunacaqlar.

Z. Axundov “Silk Way Holding” MMC-nin sədridir. AZAL rəhbəri Cahangir Əsgərovun yaxın adamı sayılan Axundov vaxtı ilə Azərbaycan Premyer Liqasında “Olimpik”, “Olimpik Şüvəlan” və AZAL adları ilə fəaliyyət göstərmiş futbol klubunun prezidenti olub.

Bənzər xəbərlər