Zəlzələdə daha 16 voleybolçu həlak olub
Türkiyədəki zəlzələdə dağıntılar altında qalan Şimali Kipr Türk Respublikasına məxsus voleybol komandasının 16 üzvü həlak olub.
Msport.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyasının (TVF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən komanda Adıyamandakı hotellərdən birində məskunlaşıbmış. TVF vəfat edən idmançılara Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.
Xatırladaq ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində ən son məlumatlara görə, 19388 nəfər ölüb, 77711 nəfər isə xəsarət alıb.
TVF bu zəlzələ nəticəsində “Set” klubunun voleybolçusu Naz Terzinin, “Malatya”nın oyunçuları Resul Gün, Görkem Can Gündüz, Tunahan Yıldız, Murat Çiloğulları və Mehmet Can Ağırbaşın, “Üzumdalı”nın formasını geyinən Bedir Terlik və Hasan Ekşinin, “Alpedo Kahramanmaraş” komandasının məşqçisi Ümit Can Doğanın, həmçinin evli olan voleybolçu cütlük – Betül Çoban Çakır və Bedrettin Çakırın da dünyasını dəyişdiyini açıqlamışdı.