“Zenit”in futbolçusu hansı klubumuza keçə bilər?
Qazaxıstan millisinin müdafiəçisi Nuralı Alıp Azərbaycandan təklif alıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Zenit”in 22 yaşlı futbolçusu karyerasını ölkəmizdə davam etdirə bilər.
Sankt-Peterburq komandasında heyətə düşməkdə çətinlik çəkən oyunçunun Azərbaycan Premyer Liqasından dəvət aldığı bildirilsə də, klubun adı açıqlanmayıb.
Böyük ehtimalla, “Qarabağ”, “Neftçi” və ya “Sabah” Alıpla maraqlanır. Digər klubların maddi imkanları bu transferi reallaşdırmağa imkan vermir.