featured-image-19740

“Zirə” bu gün qış təlim-məşq toplanışına start verəcək.

Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.

Antalyada bir araya gələcək “Zirə” burada “İC Green Palace” otelində məskunlaşacaq.

Xatırladaq ki, “qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Bənzər xəbərlər