featured-image-79445

Konfrans Liqasında mübarizə aparacaq “Zirə” heyətinə yeni futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, “qartallar”  Da Silva Tavareş Viera “Vierinya” ilə anlaşıb. Portuqaliyalı yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib.

 

Bənzər xəbərlər