featured-image-28273

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 27-ci turunun açılış matçı keçirilib.

Msport.az xəbər verir ki, pley-offdan kənarda qalmış “Neftçi” İK və “Zirvə Astara” klubları qarşılaşıblar. Əyalət komandası rəqibini 103:90 hesabı ilə məğlub edib.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Zaur Quşanov (27 xal, 9 ribaund), “Zirvə”dən isə Cerret Henderson (32 xal, 8 ribaund) olub.

Turun digər oyunları (“Sərhədçi” – “Sabah”, “Gəncə” – NTD, “Olimpik Şəki” – “AAAF Xırdalan”) 20, 22 və 23 apreldə baş tutacaq.

Bənzər xəbərlər