Zubirə böyük maraq - "Qalatasaray" azarkeşləri instaqram səhifəsinə axın etdi - FOTO
“Qarabağ”ın heyətində “Qalatasaray”la xeyriyyə matçının (1:2) ən yaxşısı heç şübhəsiz ki, Abdullah Zubir oldu. Fransalı futbolçu 90 dəqiqə ərzində qonaqların müdafiə xəttini gərginlikdə saxladı. O, demək olar ki, bütün təkbətək mübarizələrdən qalib ayrıldı. Epizodların birində Zubir “Qalatasaray”ın 3 oyunçusunu keçərək cərimə meydançasına daxil oldu.
Msport.az xəbər verir ki, matçdan sonra “sarı-qırmızılılar”ın fanatları Zubirin instaqram səhifəsinə axın ediblər. Onlar yarımmüdafiəçidən Türkiyəyə gəlməsini, “Qalatasaray”a keçməsini istəyirlər. 31 yaşlı futbolçunun sosil şəbəkədəki profilində “Come to Galatasaray” şərhləri aşıb-daşır.
AYXAN









