featured-image-26618

Sosial şəbəkələrdə və müxtəlif internet platformalarında bu gün I Divizionun XXII turunda keçirilmiş “Turan Tovuz” – “Araz Naxçıvan” oyunu (5:6) ilə bağlı qalmaqallı xəbərlər yayılıb. Futbol azarkeşləri 11 qolun vurulduğu matçın danışılmış ola biləcəyini iddia edirlər.

Məsələ ilə bağlı qarşılaşmanın AFFA nümayəndəsi olan Məmmədəli Məmmədovla əlaqə saxladıq. Federasiya rəsmisi Msport.az-a açıqlamasında oyun vaxtı meydanda hər hansı şübhəli məqam müşahidə etmədiyini bildirib:

“Bu barədə heç nə deyə bilmərəm. Mən öz funksiyamı yerinə yetirmişəm. Görüş mübariz əhval-ruhiyyədə keçdi. Bəli, çox qol vuruldu, eyni dəqiqədə avtoqol qeydə alındı. Amma bunlar futbolda normal şeylərdir. Şəxsən mən meydanda şübhəli heç nə görmədim. Sonadək əsl mübarizə getdi”.

Məmmədov AFFA-dan sözügedən oyunla bağlı ondan heç bir fikir öyrənilmədiyini söyləyib: “Oyunu PFL yutub kanalında canlı yayımlayırdı. Nəsə olsaydı, mənə zəng edərdilər”.

Cahid

Bənzər xəbərlər