Millimizin baş məşqçisi istefaya göndərildi
Bakıda keçirilən dünya çempionatındakı biabırçı çıxışdan sonra kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postunda dəyişiklik edilib.
Msport.az xəbər verir ki, baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov istefaya göndərilib.
Onları müvafiq olaraq, Məmməd Abdullayev və Rəşad Məmmədov əvəzləyib.
Xatırladaq ki, taekvondo yığmamız paytaxtımızda təşkil olunan mundialda bir medal belə qazana bilməmişdi.