featured-image-6298

Rumıniyada yaşayan azərbaycanlı idman müxbiri Abbas Zahidi bu ölkədən olan Laurentsiu Regekampfın “Neftçi”nin baş məşqçisi təyin olunmasına münasibət bildirib.

Msport.az saytına açıqlamasında o, bunları söyləyib:

“Açığı, mənim üçün şok idi. Mənə elə gəlir ki, Regekampf yaxşı məşqçidir. Amma Rumıniya üçün. Ən azından yaxşı məşqçi olub. “Styaua”da bu komandanın yaxşı vaxtlarında işləyib. İndi bilmirəm Azərbaycanda bacaracaq, ya yox. Dorinel Muntyanu deyil. Ondan qat-qat güclü məşqçidir. Məsələn, Muntyanu hələ də məşqçi kimi yaxşı bir iş ortaya qoya bilməyib. Rumıniya standartlarına görə yaxşı məşqçidir. Özü də çox işsiz qalan məşqçi deyil. Onun keçmiş həyat yoldaşı da tanınmış agent Ana Mariya Prodandır. Özü də yaxşı yerlərdə işləyib.

Regeqampf ora gəlibsə, yəqin ki, “Neftçi” onun üçün yaxşı büdcə ayıracaq. Mənə belə gəlir. Çünki Regekampf elə-belə gəlməz. O, Azərbaycana gəlibsə, köməkçilərini, həmçinin öz oyunçularından üç-dördünü gətirəcək. İndi Rumıniyadan Azərbaycana hansı oyunçu gələr? Onların da ən azından 200 minə gələcəyini təxmin etmək olar. Bu da o deməkdir ki, “Neftçi” konkret büdcə ayıracaq. Yenə deyirəm, Azərbaycanda nə dərəcədə uğur qazana biləcək, deyə bilmərəm. Amma Rumıniyada “Styaua” və “Universitatya”da (Krayova) bacarıb, avrokuboklarda da uğur qazanıb”.

Bənzər xəbərlər