featured-image-25028

Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi martın 9-dan etibarən təlim-məşq toplanışını davam etdirir.

Msport.az xəbər verir ki, komanda gündə iki dəfə olmaqla Bakı İdman Sarayında hazırlıq keçir.

Heyətdə zədəli oyunçu yoxdur. Bu gün saat 18:00-da başlayacaq məşq prosesini KİV nümayəndələri üçün açıq olacaq.

Toplanış martın 15-də başa çatacaq. Komanda ayın 20-də qrup oyunlarının keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək. U-19 martın 22-də Fransanın, ertəsi gün isə meydan sahibi Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Milli qrupda son oyununu martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.

Yeri gəlmişkən, milli komandanın hazırlıq prosesinə U-17-nin baş məşqçisi İlqar Aslanov rəhbərlik edir. Buna səbəb U-19-un baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlərin yaranmasıdır. O, yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq. Komandanı AÇ-nin oyunlarına da İlqar Aslanov çıxaraq.

Bənzər xəbərlər