featured-image-25511

Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Msport.az xəbər verir ki, mübarizəyə 1/4 finaldan qoşulan Gültəkin Şirinova (53 kq) italiyalı Mariya Feroneni “tuş”la yarışdan kənarlaşdırsa da, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmayıb – 0:5. Gültəkin bürünc medal uğrunda görüşdə isə moldovalı Mariana Draqutana uduzub – 0:10.

Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməyib – 2:13. Əliyeva təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairi “tuş”la məğlub edib. Jalə bürünc medal uğrunda qarşılaşmada isə italiyalı Aurora Russoya 6:2 hesabıyla qalib gələrək Avropa üçüncüsü olub.

Birgül Soltanova (65 kq) təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlib. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu “tuş”la məyus edərək adını yarımfinala yazdırıb. Soltanova bu mərhələdə fransalı İris Tiboksdan güclü olub – 6:3. Birgül finalda rumıniyalı Amina Kapezanla qarşılaşıb. Həlledici görüş gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (5:6) uduzan Soltanova Avropa çempionatını gümüş medalla başa vurub.

Bənzər xəbərlər