"Adana Dəmirspor" prezidenti Elçin Məsiyevdən narazı qaldı - VİDEO
“Adana Dəmirspor” klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “ÇFR Kluj”la keçirilən oyunun baş hakimi Elçin Məsiyevin idarəçiliyindən narazı qalıb.
Msport.az xəbər verir ki, səfərdə keçirilən görüşdən (1:1) sonra klub prezidenti Mustafa Sancak Türkiyə mətbuatına açıqlamasında azərbaycanlı referinin Rumıniya klubunun xeyrinə daha çox qərarlar verdiyini bildirib:
“Avrokuboklarda matçlar çətin olacaq. Asan oyun yoxdur. Hər görüş çətin alınır. Həmin gün kim şanslıdırsa, qalib gələcək. ÇFR-in vurduğu birinci qoldakı kimi..Ayağına dəydi və qol oldu. Baş hakim isə evlərə şənlikdir. Bütün qərarlarını rəqibin xeyri üçün verirdi. Belə bir şey ola bilməz”.
https://twitter.com/extrafutbol10/status/1684682338007994368?t=v4tdhEAzUeYqwH6P8iAGGA&s=19