featured-image-1436

AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırıb.

Msport.az xəbər verir ki, Gəncə klubu I divizionun XXI turunun “Turan Tovuz”la görüşündə (2:3) baş verənlərə görə cərimələnib.

“Kəpəz” azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimələnib.

Həmin görüşdə azarkeşlər üzərində “Nəticələriniz gözümüzü YAŞARdır” sözləri yazılan pankart açıblar. Bu zaman onlar baş məşqçi Yaşar Vahabzadənin rəhbərliyi altında komandanın hazırkı mövsümdə az xal toplamasını nəzərdə tutublar.

Bənzər xəbərlər