featured-image-7325

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun apellyasiya şikayətini təmin etməyib.

Msport.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin (İK) iyunun 3-də qəsəbə klubunun məşqçisi Eltun Yaqublunun cəzasının üzərinə bir oyun əlavə olunması və klubun 800 manat cərimələnməsi barədə qərar qüvvədə saxlanılıb.

Yaqublu “Qarabağ”a penaltilər seriyasında uduzduqları Azərbaycan Kubokunun final matçında cəzalı olduğu halda meydana daxil olmuşdu.

Bənzər xəbərlər