featured-image-33251

Yeni mövsümdən Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan Peşəkar Futbol Klubu”nun ümumi yığıncağı keçirilib.

Msport.az xəbər verir ki, toplantıda  klubun  yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib.

Eyni zamanda, iclasda klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.

 

İdarə Heyətinin tərkibi

Ramin Axundov – Sədr // Prezident

Nurlan Həsənov

Ceyhun Məmmədov

İmran Kələşov

 

Müşahidə Şurasının tərkibi

Vüqar Abbasov – sədr

Orxan Hüseynov – sədr müavini

Taleh İbrahimov – üzv

Elxan Babayev – üzv

Rövnəq Xəlilov – üzv

Mahir Şıxəliyev – üzv

 

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir.

Bənzər xəbərlər